“Ərdoğanın təklifi reallaşarsa, regionun siyasi şəkli dəyişəcək” – Ulusal Kanalda canlı müzakirələr

Bakıda keçirilən Zəfər Paradı zamanı Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyip Ərdoğan region ölkələrindən ibarət “altılıq platforma”nın yaradılması təklifi ilə çıxış etmişdi. Bu təklif Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də müsbət qarşılanmışdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin də bu təşəbbüsə xoş yanaşmışdı. Artıq bu məsələ ilə bağlı regionun digər dövlətləri də daxili müzakirələr başladıb.

Mövzu ilə bağlı Türkiyənin “Ulusal Kanal” Televiziyasında canlı müzakirələr baş tutub. Aparıcı Yeşim Eryılmazın təqdimatında yayımlanan “Gün Ortası” proqramına qatılan Ulusal Kanalın İran təmsilçisi Yakup Aslan və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bu mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Bu yazını Facebookda şərh et