“İranın nüvə alimi Möhsin Fəxrizadənin qətlini pisləyirik” – Əhməd Şahidov İranın Səhər kanalına danışıb

Noyabrın 27-də İranın nüvə fiziklərindən olan Möhsin Fəxrizadə qətlə yetirilib.

Mövzu ilə bağlı İran İslam Respublikasının “Səhər” Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsini pislədiyini bildirib və qatillərin tezliklə tapılacağına inamını ifadə edib: “Azərbaycan da terrordan əziyyət çəkən bir ölkədir və biz qonşu İran İslam Respublikasında tanınmış nüvə aliminin qətlini qətiyyətlə pisləyir və terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə lənətləyirik. İran xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk.”

Bu yazını Facebookda şərh et