“Laçını geri almaqla, Azərbaycan bir daha Ermənistanla sərhədini bərpa etmiş oldu” – Əhməd Şahidov ANews kanalına müsahibə verib

Nəhayət, Laçın rayonu bu gün Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. 10 Noyabrda əldə edilən razılığa görə, Laçın bölgəsi 1 dekabr tarixinə qədər Azərbaycan tərəfinə verilməli idi və bu proses bugün yekunlaşdı.

Mövzu ilə bağlı ANews Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Laçın rayonunun geri alınmasından sonra növbəti mərhələ azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasıdır: “10 Noyabr razılaşmasının tələbləri ardıcıl qaydada yerinə yetirilir. Bugün Laçın rayonu geri alındı. Bundan sonra həmin ərazilərin tam təhlükəsizliyinin təmin olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması gözlənilir. Eyni zamanda Türkiyə Ordusunun da tezliklə bölgəyə gəlişi gözlənilir ki, bu da bölgədə sülhün təmin edilməsi prosesini sürətləndirəcək.”

Bu yazını Facebookda şərh et