“Dağlıq Qarabağda infrastrukturun yenidən qurulmasında İranın dəstəyinə ümid edirik” – Əhməd Şahidov Səhər Televiziyasına danışıb

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qətiyyətli qələbə qazandıqdan sonra işğaldan qurtarılan ərazilərin bərpası və həmin torpaqlarda həyatın yenidən dirçəlməsi istiqamətində ciddi işlər görüləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib. Həmin ərazilər bərpa olunacaq və Dağlıq Qarabağ yenidən dünyanın turizm mərkəzinə çevriləcək.

Məsələ ilə bağlı İran İslam Respublikasının “Səhər” Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın qələbə qazanmasında qardaş İran İslam Respublikasının nümayiş etdirdiyi dəstək və konstruktiv mövqeni xüsusilə qeyd edib və həmin ərazilərin bərpasında İran dövlətinin də dəstəyinə ümid etdiyini ifadə edib.

Bu yazını Facebookda şərh et