“Azərbaycanın zəfəri hüququn, ədalətin və sülhün qələbəsidir” – Əhməd Şahidov NTR Televiziyasına müsahibə verib

Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanan sülh müqaviləsinin həyata keçirilməsinə başlanılıb. Rusiyanın 1960 nəfərdən ibarət sülhməramlı qüvvələri artıq Dağlıq Qarabağda yerləşdirilib və rus ordusunun nəzarəti altında ermənilər Kəlbəcər, Ağdam və Laçından çıxarılır.

Bu münaqişənin həll edilməsində yaxından iştirak edən Türkiyənin də 1960 nəfərdən ibarət silahlı qüvvələrinin bölgəyə yerləşdiriləcəyi gözlənilir. Artıq bu barədə Türkiyə və Rusiya arasında rəsmi anlaşma da var. Türk ordusunun Dağlıq Qarabağda hansı ərazilərdə yerləşdiriləcəyi barədə geniş müzakirələr aparılır.

Mövzu ilə bağlı Afrikanın ingilis dilli NTR Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycana dəyən ziyana görə Ermənistanın 50 milyard dollar maddi təzminat ödəyəcəyini bildirib.

Bu yazını Facebookda şərh et