“Əsir və girovların dəyişdirilməsi imzalanmış müqavilədə prioritet məsələdir” – Əhməd Şahidov REAL Televiziyasına danışıb

Girovların dəyişdirilməsində BMT-nin Ali Komissarlığı da vasitəçi olacaq.

Dağlıq Qarabağ münaqişəsinin məntiqi sonu olaraq Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə imzaladığı razılaşmanın diqqətçəkən məqamlarından biri də münaqişənin humanitar fəsadlarının aradan qaldırıması ilə bağlıdır ki, bu da Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz dədə baba torpaqlarına geri qayıtması, hər iki tərəfdə həlak olmuş hərbi qulluqçuların meyitlərinin dəyişidirilməsi və xüsusilə də hərbi və mülki əsir və girovların dəyişdirilməsi ilə bağlıdır. Bu üç tərəfin imzaladığı müqavilənin hər bir bəndi üzrə geni araşdırmalar və fəaliyyət gözlənilir.

Bunu REAL-a açıqlamasında hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi.

Onun sözlərinə görə əsas diqqət erməni tərəfində saxlanılan bizim mülki gorivlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlıdır. Onların dəyişidirilməsi də bu müqavilədə birmənalı şəkildə əksini tapıb və bu proses Rusiya tərəfinin vasitəçiliyi ilə həyata keçiriləcək. Çünki bu müqavilədə yerləşmələrə, dəyişmələrə nəzarət edəcək ölkə kimi Rusiya Federasiyası iştirak edəcək. Lakin əsir və girovların dəyişidirilməsi prosesinə beynəlxalq təşkilatlar da cəlb ediləcək.

Əhməd Şahidov bildirdi ki, tərəflər arasında imzalanan bu razılaşmanın tərkib hissəsi olaraq, Erməni və Azərbaycanlı əsir və girovların dəyişdirilməsi prosesi ilk növbədə Rusiya Federasiyasının yerdə təşkilatçılığı baş tutacaq, o cümlədən yaxın həftələr ərzində beynəlxalq qırmızı xaç komitəsinin burada iştirakı gözləniləndir.

Bu yazını Facebookda şərh et