MƏN TÜRKƏM!

Mən Türkəm, ey dünya eşit səsimi!
Məndən soruşulur dünyanın yaşı.
Ta qədim tarixdən olub-keçənlər
Ən şanlı səhifələr ömür yoldaşım.
Mən Türkəm, tarixin özü olan Türk,
Qədim müdriklərin sözü olan Türk.
İslamın, kültürün, bəşəriyyətin,
Bütün yer üzünün gözü olan Türk.
Mən Türkəm, varlığım sülhə zəmanət,
Bütün pisliklərin düşməniyəm mən.
Çünki, bəşəriyyət mənə əmanət,
Ulu yaradanın elçisiyəm mən.
Mən Türkəm, niyyətim safdır, təmizdir,
Bütün Türk dünyası mənə əzizdir.
Bakı və Ankara, bir də Təbrizdir,
Vətənim, torpağım, daşım da Türkdür,
Ürəyim, gözlərim, başım da Türkdür.
Mən Türkəm, atam Türk, anam da Türkdür,
Atatürk, Rəsulzadə babam da Türkdür.
Dostum Türk, yarım Türk, qonşum da Türkdür,
Ey Tanrı, Sən qoru bu Türk millətin,
Birləşdir, yumruq et Türk məmləkətin!

Əhməd ŞAHİDOV
21 May 2010-cu il, saat 02:53, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et