ATƏT-in Minsk Qrupu tərəf tutmamalı, beynəlxalq hüquqa söykənməlidir – Əhməd Şahidov Türkiyənin ON4 kanalına danışıb

Moskvada əldə olunmuş atəşkəs razılığına əməl etməyən Ermənistan ordusu cəbhə bölgəsində yerləşən kəndlərə və mülki vətəndaşlara atəş açmaqda davam edir. Hər gün Azərbaycan tərəfində mülki vətəndaşlar öldürülür və yaralanır.

Türkiyənin ON4 Televiziya kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, son həftələr ərzində itirdiyi əraziləri yenidən geri almaq üçün ardıcıl hücumlar təşkil edən Ermənistan silahlı birləşmələri ən müxtəlif təxribatlara əl atır. Hüquq müdafiəçisi deyib ki, erməni tərəfinin əsas məqsədi Azərbaycan əhalisi arasında qorxu, təşviş və vahimə yaratmaqdır.

ABŞ dövlət katibi Mayk Pompeonun son açıqlamasına münasibət bildirən hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, bu açıqlama ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir. ATƏT-in Minsk Qrupu tərəf tutmamalı, beynəlxalq hüquqa söykənməlidir.

Bu yazını Facebookda şərh et