“Azərbaycan növbəti dəfə erməni terroru ilə üz-üzədir” – Əl Cəzirə kanalında canlı debat – Əhməd Şahidov və Sos Avetisyan

Tərəflər arasında əldə olunmuş atəşkəs razılığına baxmayaraq, erməni tərəfi üçüncü gündür ki, mülki əhalini və inzibati obyektlərə atəş etməyə davam edir.

Ermənistan silahlı qüvvələri humanitar barışığa əməl etmir və Azərbaycanın döyüş əməliyyatları ərazisindən kənarda yerləşən şəhər və kəndlərinə raket və top atəşi etməyə davam edirlər.

11 Oktyabr gecəsi Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən çox kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hücum zamanı 7 mülki şəxs həlak olub və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 34 nəfər yaralanıb.

Mövzu ilə bağlı nüfuzlu Al Jazeera Arabic kanalında canlı debat təşkil olunub. Debatda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və Ermənistan Parlamentinin deputatı Sos Avetisyan qarşı-qarşıya gəlib.

Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan ordusunun atəşkəsi kobud surətdə pozduğunu, təmas xəttində yerləşən kəndləri atəşə tutduğunu və mülki vətəndaşları öldürdüyünü bildirib. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.

Bu yazını Facebookda şərh et