TRT Arabia kanalında ermənilərin Bakı-Tbilisi-Ceyhan boru xəttini atəşə tutması barədə danışılıb

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-sı saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Düşmənin atdığı raket kəmərin 10 metrliyinə düşüb.

Bu barədə TRT Arabia Televiziyasında danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.

Bu yazını Facebookda şərh et