Qax rayonunda Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Məmmədovun abidəsini və Şəhidlər Xiyabanını ziyarət

Qaxda səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün rayonun Şəhidlər Xiyabanında olub, əslən Qaxdan olan Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Məmmədovun abidəsini və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qaxlı şəhidlərimizin məzarlarını ziyarət edib və onların ruhuna dualar oxuyub.

Hər dəfə Qax rayonuna səfər edərkən ilk növbədə Şəhidlər Xiyabanını ziyarət edən Əhməd Şahidov bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib və cəmiyyətdə məhz bucür fəaliyyətlərin təbliğ olunmasını və gələcək nəsillərə bu baxımdan örnək olmağı məqsədəuyğun hesab edib.

Bu yazını Facebookda şərh et