Kiprin Dövlət Televiziyasında Azərbaycandakı koronavirus tədbirləri barədə danışılıb

Ötən gün Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət Televiziyası olan BRT1 kanalında koronavirus pandemiyasının dünyada yayılma tendensiyası barədə geniş müzakirələr aparılıb. “Paradiqma” verilişinə canlı video bağlantı ilə müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov Kiprin tanınmış aparıcısı Mert Özdeşin suallarını cavablandırıb və Azərbaycanda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər haqqında məlumat verib və virusun yayılma tendensiyası barədə geniş danışıb.

Bu yazını Facebookda şərh et