Azərbaycanda koronavirusla bağlı son durum barədə Türkiyə televiziyasında danışılıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Aprelin 9-da Türkiyənin nüfuzlu xəbər kanalı olan “Ulusal Kanal” Televiziyasına Azərbaycanda koronavirusla bağlı son durum barədə danışıb.

Canlı video bağlantı ilə Ulusal Kanalın “Günaydın Türkiye” proqramına bağlanan Əhməd Şahidov Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində atdığı addımlar və önləyici tədbirlərdən geniş danışıb və ölkədə tətbiq olunan xüsusi karantin rejiminin detallarından bəhs edib.

Bu yazını Facebookda şərh et