Üç ildir yataq xəstəsi olan Salehin yardıma ehtiyacı var: “Heç kim bizimlə maraqlanmır”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax şəhər sakini, üç ildir yataq xəstəsi olan Saleh bəyi ziyarət edib. İnsult keçirən 40 yaşlı Saleh 3 qız atasıdır və ciddi müalicəyə ehtiyacı var. Yerli qurumların heç bir yardım etmədiyini və kimsənin onunla maraqlanmadığını deyən ailə üzvləri məsələni gündəm saxlamağı və aidiyatı qurumlara müraciətlər etməyi Əhməd Şahidovdan xahuş ediblər.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et