“Azər Kərimli kimi deputatlarla ölkəmiz çox irəli gedə bilməz” – Qaşqaçay kəndində görüş

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qaşqaçay kəndində olub və kəndin çayxanasında yerli sakinlərlə görüşüb. 9 Fevral günündə səsverməyə getməyin zəruriliyini qeyd edən Əhməd Şahidov Azərbaycanda uğurla davam edən islahatlar dalğasının Parlamentə də gəlib çatdığını deyib və əlavə edib ki, Milli Məclis daha çevik, gənc, savadlı və vətənpərvər insanlardan təşkil olunmalıdır.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et