Qaxın Qum kəndinin sakinləri işıq dirəklərindən narahatdır: “Hər an uçub üstümüzə düşə bilər”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qum kəndində olub və yerli sakinlərlə ayaqüstü söhbət edib. Qum kənd sakinlərini narahat edən məsələlərdən biri də kənddəki işıq dirəklərinin köhnə və yararsız vəziyyətdə olmasıdır ki, hər an uçub düşmək təhlükəsi yaşanır. Kənd sakinlərinin sözlərinə görə, güclü külək olan kimi işıq dirəkləri uçub insanların üzərinə düşə bilər ki, illərdir insanlar bu təhlükə ilə yaşayırlar.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et