“Şəhidlərimizin adlarını əzbərdən bilirəm, heç vaxt da unutmaram” – Əhməd Şahidovdan çox təsirli çıxış

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qaxlı Şəhidlərin məzarlarını ziyarət edən Əhməd Şahidov onların əziz xatirəsini yad edib və ruhuna dualar oxuyub. Allah Şəhidlərimizə rəhmət eləsin!

Qaxın Şəhidlərinin adlarını əzbərdən söyləyən Əhməd Şahidov hər bir vətəndaşın onları tanımasını və xatırlamasını vacib sayıb. Şəhidləri unutsaq, Vətən bizi bağışlamaz.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

 

Bu yazını Facebookda şərh et