Əhməd Şahidov Qaxın gürcü ağsaqqalları ilə görüş keçirib: “Hamımız bərabərik, sözümüz də bir olsun”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax şəhərində rayonun bir qrup gürcü ağsaqqalı ilə görüş keçirib. Şəhərin mərkəzi çayxanasında baş tutan ayaqüstü görüş zamanı 9 Fevral Milli Məclisə növbədənkənar seçkilər barədə danışan Əhməd Şahidov Qaxın bütün sakinləri üçün bərabər şəkildə diqqət və qayğını, eyni imkan və fürsətləri təmin edəcəyini bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et