89 yaşlı Alatəmir kənd sakini: “20 ildir ki, deputat gəlmir, tanımırıq, üzünü görməmişik”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Qax rayonu Alatəmir kəndində olub.

89 yaşlı Alatəmir kənd sakini, ağsaqqal Nuru baba səmimi söhbət zamanı kənddəki gürcü vətəndaşlarımızın bu dəfə qaxlı namizədə səs verəcəklərini bildirib və əlavə edib ki, 20 ildir Qaxın deputatı olan Azər Kərimli hələ bir dəfə kəndə gəlməyib, onu kənddə tanıyan yoxdur, üzünü heç kim görməyib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et