“Növbəti 5 ildə əsl deputatın necə olduğunu görəcəksiniz” – Qum kəndinin çayxanasında görüş

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qum kəndində yerli sakinlərlə görüşüb. Kəndin çayxanasında yerli sakinlərlə ayaqüstü söhbət edən Əhməd Şahidov Qax rayonu ilə bağlı plan və düşüncələrini bölüşüb və 9 Fevral tarixində qələbə qazanıb Milli Məclisə seçiləcəyi təqdirdə, Parlamentdə qaxlıların səsi olacağını və Qax sakinlərinin növbəti 5 ildə əsl deputatın necə olduğunu görəcəklərini bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et