“Prezidentimizin dövründə hələ 100 il yaşamaq istəyirəm” – 85 yaşlı Qax sakini ilə səmimi görüş

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qaxbaş kəndində yaşayan 85 yaşlı Qəntim nənəni ziyarət edib. Səmimi və duyğusal atmosferdə keçən görüş zamanı öz xeyir-dualarını ifadə edən Qəntim nənə ölkə başçısı cənab İlham Əliyevin son islahatlarını bəyəndiyini, 85 yaşı olmasına baxmayaraq, televiziya proqramlarını, xüsusən də Xəbərlər buraxılışlarını yaxından izlədiyini və Prezidentin bütün çıxışlarına baxdığını bildirib. Azərbaycanda həyata keçirilən son islahatlardan sonra yaşamaq eşqinin bir qədər də artdığını deyən Qəntim nənə İlham Əliyevin prezidentlik dövründə hələ 100 yaşına qədər yaşamaq istədiyini bildirib və ölkə başçısının siyasətindən razılığını ifadə edib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et