Əhməd Şahidov Türkiyənin nüfuzlu xəbər kanalı “Ulusal Kanal”da 20 Yanvar faciəsi barədə danışıb

Türkiyədə işgüzar səfərdə olan 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Türkiyənin nüfuzlu xəbər kanalı olan “Ulusal Kanal” Televiziyasının qonağı olub. Canlı yayımda tanınmış aparıcı Can Karadutun suallarını cavablandıran Əhməd Şahidov 1990-cı ilin 20 Yanvar faciəsi barədə danışıb, Azərbaycan xalqının mücadilə tarixi və Ulu Öndər Heydər Əliyevin Qanlı Yanvar hadisələri zamanı Moskvada mətbuat konfransı keçirərək, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmasından bəhs edib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et