“Mən gücümü sizlərin xeyir-duasından alıram” – Əhməd Şahidovun 85 yaşlı Sülbiyyə nənə ilə dialoqu

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax şəhərində yaşayan 85 yaşlı Sülbiyyə nənəni ziyarət edib. Səmimi və duyğusal atmosferdə keçən görüş zamanı öz xeyir-dualarını ifadə edən Sülbiyyə ana Əhməd Şahidovu Qaxın növbəti deputatı kimi görmək istədiyini və bunun üçün dualar edəcəyini də deyib. Rayondakı yaşlı və ahıl insanlara böyük sevgi ilə yanaşdığını deyən Əhməd Şahidov məhz o insanların dualarından güc aldığını bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et