Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub

Ana Sayfa » Aktual » Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub

Noyabrın 23-də Qax rayonunda həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba Bayramı qeyd olunub. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edib. Bayram günü Kürmük məbədi ziyarət olunub.

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ənənəsinə sadiq qalaraq, bu dəfə də bayram mərasimində yaxından iştirak edib və qaxlıları Kürmükoba Bayramı münasibətilə təbrik edib.

Kürmükoba Bayramının qardaşlıq və sülh bayramı olduğunu deyən Əhməd Şahidov multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirib və Qax rayonunu Azərbaycanda birgə yaşayışın parlaq örnəyi adlandırıb.

Qeyd edək ki, Kürmükoba bayramının adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Keçmişdə bu məbədin ən böyük ziyarətgahlardan biri olduğu və yerli əhalinin də burada mövsümi bayram kimi Kürmükoba Bayramını qeyd etdiyi deyilir. Ziyarətə yerli sakinlərdən başqa, yaxın bölgələrdən, eləcə də Gürcüstandan gələn zəvvarlar da qoşulur. Ziyarət günü məbədə gələnlər Allaha sitayiş və dualar edir, şamlar yandırır, qurbanlar kəsirlər. Zəvvarlar məbədin yaxınlığında yerləşən qədim daşın üzərinə arzularını söyləyərək şam yandırırlar.

Xəbərlər

Əhməd Şahidov Qətərdə keçirilən beynəlxalq insan haqları konfransında iştirak edib Əhməd Şahidov qaxlılara yekun müraciətini etdi: “Seçkilər ölkə başçısının şəxsi nəzarətindədir” Qax sakinləri 9 Fevralda kimə səs verəcəklər? | Qaxın növbəti deputatı kim olsun? – Qaxlılar danışır Əhməd Şahidov Qaxın Lələli kəndində evi yanan ailəni ziyarət edib: “Evdən heç nə çıxara bilmədik” “Heç bir deputatlığa namizədə inanmırıq, 20 ildir bizi aldadırlar” – İbaxlı kəndində maraqlı dialoq Əhməd Şahidov Qax şəhərində qəzalı vəziyyətdə yaşayan ailəni ziyarət edib Əhməd Şahidov Qax şəhərində yaşayan gürcü vətəndaşlarımızla görüşüb: “Sənə səs verəcəyik” Əhməd Şahidov bir daha Zərnə məscidindən söz açdı: “Allaha, Dövlətə və Prezidentə sonadək bağlıyam” Əhməd Şahidov Qax şəhər 1 saylı tam orta məktəbin müəllim kollektivi ilə görüş keçirib “Biz heç vaxt Azər Kərimliyə səs verməmişik, amma hər seçkidə yenə gəlir” – Dəymədağlı kənd camaatı Üç ildir yataq xəstəsi olan Salehin yardıma ehtiyacı var: “Heç kim bizimlə maraqlanmır” Əhməd Şahidov Qax rayonu Qazmalar kənd məscidini ziyarət edib: “Bu məscidi görüb ürəyim sızladı” “Milli Məclisdə sözümüzü ancaq siz çatdıra bilərsiz” – Qax rayonu Qazmalar kəndinin sakinləri Əhməd Şahidov Qax rayonu Qazmalar kəndinin gəncləri ilə görüşüb Əhməd Şahidov Qax rayonu Qum kəndində Şəhid Rəhman Azayevin ailəsini ziyarət edib “Öz qədrimizi bilmiriksə, başqası bizim qədrimizi heç vaxt bilməyəcək” – Malax kəndinin cavanları “Azər Kərimli kimi deputatlarla ölkəmiz çox irəli gedə bilməz” – Qaşqaçay kəndində görüş Əhməd Şahidov Qaxın ucqar dağ kəndində görüş keçirib: “Malaxlılar öz oğluna səs verəcək” “Alimlər yurdunda bir nəfər yoxmu Qaxı Parlamentdə təmsil etsin?” – Oncallı kənd sakinləri ilə görüş “Sən bizim son şansımızsan, Əhməd, bizi yarı yolda qoyma” – Qıpçaq kəndinin ağsaqqalları danışdı “Öz halal zəhmətimizlə çörəyimizi qazanırıq” – Əmbərçay kəndinin ağsaqqalı ilə səmimi görüş “Deputatımız çöpü çöp üstündə qoymayıb bu 20 ildə” – Baydarlı kənd sakinləri ilə görüş Deputatlığa namizəd Əhməd Şahidov Qaxın gürcü sakinlərinə gürcü dilində müraciət etdi “Qax Damazlıq İpəkçilik Stansiyasının açılışını alqışlayırıq” – Əmbərçay kəndində zəhmətkeş ailədə görüş Qaxın Qum kəndinin sakinləri işıq dirəklərindən narahatdır: “Hər an uçub üstümüzə düşə bilər”