ARB Televiziyasının “Günə Baxış” proqramında Azərbaycana düşmən təşkilatlar barədə danışılıb

Sentyabrın 26-da ARB Televiziyasının “Günə Baxış” proqramında Avropada Azərbaycanın milli maraqları əleyhinə intensiv iş aparan və beynəlxalq platformalarda rəsmi Bakının nüfuzuna kölgə salmağa çalışan “People In Need” və digər ermənipərəst təşkilatların fəaliyyətləri müzakirə olunub və onların Azərbaycana qarşı qərəzli siyasəti ifşa olunub.

Tanınmış aparıcı İbrahim Məmmədovun suallarını cavablandıran hüquq müdafiəçiləri Sahib Məmmədov, Əhməd Şahidov və siyasi şərhçi Azər Həsrət mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıblar.

 

Bu yazını Facebookda şərh et