“Əsir və girovlarımızın məsələsini ATƏT-in Varşava toplantısında qaldıracağıq” – Əhməd Şahidov

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Sentyabrın 23-dən etibarən həmin müzakirələrdə yaxından iştirak edəcək və azərbaycanlı əsir və girovlarla bağlı məruzə edəcək. Bu barədə REAL Televiziyasına açıqlama verən hüquq müdafiəçisi rəsmi Bakının təklif etdiyi “Hamının hamıya” prinsipi üzrə əsir və girovların dəyişdirilməsi prosesinə ATƏT üzvü olan ölkələrin dəstək verməsi və rəsmi Yerevana beynəlxalq təzyiqin daha da artırılması tələbini irəli sürəcək.

Bu yazını Facebookda şərh et