Lider Televiziyasının “Sədadan sonra” proqramında azərbaycanlı əsir və girovlar barədə müzakirə aparılıb

Lider Televiziyasının “Sədadan sonra” proqramında azərbaycanlı əsir və girovlarla bağlı son durum müzakirə olunub. Aparıcı Anar Rəhimovun suallarını cavablandıran Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov son yenilikləri bölüşüb.

Növbəti həftənin ilk günündən başlayaraq, Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Sammitində azərbaycanlı əsir və girovların məsələsini qaldıracaqlarını deyən hüquq müdafiəçisi Azərbaycanın təklif etdiyi “Hamının hamıya” prinsipi üzrə əsir və girovların dəyişdirilməsi məsələsində Ermənistana beynəlxalq təzyiqlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Bu yazını Facebookda şərh et