“Əsir və girovlar məsələsində Rusiyanın vasitəçilik təklifi müsbət addımdır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Ana Sayfa » Müsahibələr » “Əsir və girovlar məsələsində Rusiyanın vasitəçilik təklifi müsbət addımdır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycan və Ermənistan arasında əsir və girovların dəyişdirilməsi məsələsinə münasibət bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri əsir və girovların dəyişdirilməsi məsələsində Rusiyaya müraciət edə bilərlər.” Bu barədə Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova tərəflər arasında qarşılıqlı etimad mühitinin yaradılması şərtləri barədə sualı cavablandırarkən deyib.

“Bu məsələlər müəyyən olunmuş konkret format çərçivəsində həll edilməlidir. Bu format mövcuddur və düşünmürəm ki, mənim tərəfimdən hər hansı siyasi qiymətin verilməsinə ehtiyac var. Bizim işlək mexanizmlərimiz var, ATƏT-in Minsk Qrupunun həmsədrləri var. Ehtiyac yaranarsa, müəyyən mexanizmlərin işə salınması məqsədilə onlar da tərəflərə əlavə dəstək verə bilərlər. Əgər tərəflərə müəyyən dəstək lazımdırsa, konkret olaraq, Rusiyanın dəstəyinə gərək varsa, problem ikitərəfli diplomatik kanallar vasitəsilə də öz həllini tapa bilər”

Məsələ ilə bağlı ARB 24 Televiziyasına açıqlama verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov rəsmi Moskvanın azərbaycanlı əsir və girovların dəyişdirilməsi məsələsində çox mühüm rol oynaya biləcəyini deyib: “Rusiya bu məsələdə çox mühüm rol oynaya bilər. Əvvəla ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, həm də Cənubi Qafqaz reginonuna, xüsusən də Ermənistana çox effektiv təsir imkanlarına malik ölkə kimi Rusiyanın bu məsələdə edə biləcəkləri çoxdur. Azərbaycan onsuz da ötən ilin Noyabr ayından əsir və girovların dəyişdirilməsində “Hamının hamıya” prinsipini irəli sürüb və bu təklif bugün də aktualdır. Rəsmi Moskvanın bu təklifinin Ermənistan hökuməti tərəfindən müsbət qiymətləndirilməsi və məsələnin öz həllini tapması məqsədəuyğun olardı.”

Xəbərlər

Əhməd Şahidov Şəhid Abdulla Mollayevin ailəsini ziyarət etdi: “Balamızın xatirəsi əbədiləşdirilsin” Əhməd Şahidov qaxlılara ilk video müraciətini etdi: “Parlamentdə Qaxımızı özümüz təmsil etməliyik” Qax Dövlət Kukla Teatrı Bakıda keçirilən “2+1” Teatr Festivalında “Xeyir və Şər” tamaşasını təqdim edib Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır Əhməd Şahidov Londonda keçirilən dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb “Azərbaycan ədalətli sülh istəyir” – Əhməd Şahidov Şotlandiyada beynəlxalq konfransda çıxış edib Azərbaycan Dövlət Televiziyasında blogerlik fəaliyyəti və milli maraqlarımızın xaricdə təbliği müzakirə olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub “Vətənpərvər olmaq yaşam tərzimizə çevrilməlidir” – Əhməd Şahidov Qaxın Şəhidlər Xiyabanını ziyarət edib Böyük Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışılıb Ermənistanın Varşavadakı səfirliyi qarşısında “Qarabağ Azərbaycandır!” şüarı ilə etiraz aksiyası keçirilib “Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün yeni imkanlar açır” – Əhməd Şahidov İranın “Səhər” kanalına danışıb “Əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda baş tuta bilər” – Əhməd Şahidov “Konstantin Zatulinin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı Lider Televiziyasında geniş müzakirə olunub