“Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov

Ana Sayfa » Aktual » “Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov

Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi. Vitali Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Həbsxanadan çıxan kimi dərhal Yerevana səfər edib.

Məsələ ilə bağlı REAL Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan Respublikasının ilk siyasi sığınacağı məhz Vitali Şişkinə verməsini bu dövlətin faşizm ideologiyası ilə idarə olunması ilə əlaqələndirib: “Vitali Şişkin faşizm ideyalarını təbliğ edən radikal fəaldır və öz çıxışlarında Qaregin Nijdeyə böyük simpatiya bəslədiyini gizlətmir. Rusiyada həbsdən çıxan kimi dərhal Ermənistana gəlməsi və burada Qaregin Nijde haqqında kitab yazması onun bu ölkədə özünü daha rahat hiss etməsindən xəbər verir. Çünki, Ermənistan Respublikası faşizmin erməni qolunun banisi sayılan Qaregin Nijdeyə paytaxt Yerevanda abidə ucaldıb və özünün dövlət siyasətində məhz Nijde ideyalarına söykəndiyini açıq şəkildə ifadə edir. Bu səbəbdən də, dünyadakı faşist təfəkkürlü radikallar son sığınacaq olaraq, Ermənistanı seçirlər və burada özlərini tam təhlükəsiz və rahat hiss edirlər.”

Xəbərlər

Əhməd Şahidov Şəhid Abdulla Mollayevin ailəsini ziyarət etdi: “Balamızın xatirəsi əbədiləşdirilsin” Əhməd Şahidov qaxlılara ilk video müraciətini etdi: “Parlamentdə Qaxımızı özümüz təmsil etməliyik” Qax Dövlət Kukla Teatrı Bakıda keçirilən “2+1” Teatr Festivalında “Xeyir və Şər” tamaşasını təqdim edib Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır Əhməd Şahidov Londonda keçirilən dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb “Azərbaycan ədalətli sülh istəyir” – Əhməd Şahidov Şotlandiyada beynəlxalq konfransda çıxış edib Azərbaycan Dövlət Televiziyasında blogerlik fəaliyyəti və milli maraqlarımızın xaricdə təbliği müzakirə olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub “Vətənpərvər olmaq yaşam tərzimizə çevrilməlidir” – Əhməd Şahidov Qaxın Şəhidlər Xiyabanını ziyarət edib Böyük Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışılıb Ermənistanın Varşavadakı səfirliyi qarşısında “Qarabağ Azərbaycandır!” şüarı ilə etiraz aksiyası keçirilib “Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün yeni imkanlar açır” – Əhməd Şahidov İranın “Səhər” kanalına danışıb “Əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda baş tuta bilər” – Əhməd Şahidov “Konstantin Zatulinin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı Lider Televiziyasında geniş müzakirə olunub