“Miatsum İttifaqı planı Ermənistanın beynəlxalq arenadakı mövqelərini zəiflədəcək” – Əhməd Şahidov

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb. Təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi bildirilir. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək “prezident və parlament seçkilərində” iştirak edəcəyi qeyd edilir. Miatsum İttifaqının əsas hədəfi Qarabağın Ermənistana birləşdirilməsi olacaq.

Bu məsələ ilə bağlı İctimai Televiziyaya açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bu planın Nikol Paşinyan hakimiyyəti tərəfindən irəli sürülməsinin daxili auditoriyaya hesablandığını qeyd edib: “Ermənistan tərəfi beynəlxalq danışıqlarda bu tərzdə danışmır. Çünki, bunun regionda yenidən hərbi əməliyyatlara səbəb olacağını yaxşı anlayır. Miatsum İttifaqı planı sadəcə daxili auditoriya üçün hesablanıb və növbəti mərhələlərdə Ermənistanın beynəlxalq arenadakı mövqelərini cidid şəkildə zəiflədəcək.”

Bu yazını Facebookda şərh et