Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

Gürcüstanda işgüzar səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Tbilisi şəhərinin mərkəzində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib. Muzeyin direktoru Leyla xanım Əliyeva ilə görüşən Əhməd Şahidov Azərbaycan Mədəniyyəti Muzeyinin Gürcüstanda Azərbaycanın milli-mədəni irsinin tanıdılmasındakı rolunu yüksək qiymətlənidirib və muzey rəhbərliyinin bu sahədə fəaliyyətini təqdir edib.

Daha sonra muzeydəki eksponatlarla yaxından tanış olan hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın böyük mütəfəkkiri Mirzə Fətəli Axundovun əsərləri, şəxsi əşyaları və təktifləri barədə məlumatlandırılıb.

Bu yazını Facebookda şərh et