Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib

Beynəlxalq layihə çərçivəsində Tbilisi şəhərində işgüzar səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov İyul ayının 4-də Gürcüstanın Strateji və Beynəxlalq Araşdırmalar Fondunda keçriilən görüşdə iştirak edib.

Gürcüstanın tanınmış diplomatı, bu ölkənin Böyük Britaniyadakı keçmiş səfiri Giorgiy Badridze regionda və dünyada gedən geo-siyasi proseslər barədə məruzə edib, dünyada sülh və barışa nail olmağın yollarından söz açıb və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov post-Sovet ölkələrində mövcud olan münaqişələr və onların səbəbləri barədə fikirlərini bölüşüb, habelə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından söz açıb.

Bu yazını Facebookda şərh et