Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb

1-5 İyul tarixində Gürcüstanın Tbilisi şəhərində beynəlxalq Fridrix Nauman Fondunun maliyyə dəstəyi və Avropa-Gürcüstan İnstitutunun təşkilatçılığı ilə tədbir keçirilib. Əsasən Şərq Tərəfdaşlığı ölkələrindən – Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Rusiya Federasiyasından gələn ictimai-siyasi fəal gənclərin iştirakı ilə aparılan müzakirələrdə demokratik islahatlar, insan haqları, regionda sülh və dialoq imkanları barədə danışılıb.

Azərbaycandan hüquq müdafiəçisi Əhməd Şahidov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı və Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) sədri Əli Bədirov iştirak edirdi.

Tədbirdə yaxından iştirak edən hüquq müdafiçisi Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə geniş danışıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər, habelə əsir və girovlar haqqında söz açıb. Əsir və girovların dəyişdirilməsi istiqamətində atılan son addımları müsbət qiymətləndirən hüquq müdafiəçisi tərəflər arasında humanitar təmasların bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Bu yazını Facebookda şərh et