AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub

24-28 İyun tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyası keçirilib. Azərbaycan üçün çox əhəmiyyətli keçən sessiya çərçivəsində bir sıra məsələlər müzakirə olunub, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə bir-neçə tədbir keçirilib.

AŞPA-nın Yay Sessiyasında yaxında iştirak edən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramının qonağı olub və sessiya çərçivəsində aparılan müzakirələr barədə geniş məlumat verib. Proqramın aparıcısı Ramiz İdrisoğlunun suallarını cavablandıran Əhməd Şahidov Azərbaycan nümayəndə heyətinin AŞPA-nın Yay Sessiyasındakı fəaliyyətini çox məhsuldar adlandırıb.

Bu yazını Facebookda şərh et