Əhməd Şahidov Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbərliyi ilə görüşüb

Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov İyunun 20-də Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbəri xanım Katarina Qoluboviç ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, insan haqları sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən hüquq müdaifəçisi Əhməd Şahidov bu münaqişədən əziyyət çəkən bir milyondan artıq qaçqın və məcburi köçünlərdən söz açıb, habelə azərbaycanlı əsir və girovların hüquqlarının qorunması ilə bağlı danışıb.


Bu yazını Facebookda şərh et