İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub

Böyük Britaniyada fəaliyyət göstərən “Amnesty International” təşkilatı Bakıda keçiriləcək Çempionlar Liqasının final oyunu ərəfəsində Azərbaycana qarşı çirkin kampaniyaya start verib.

İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramının qonağı olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov paytaxt Bakının təhlükəsiz şəhər olmadığı barədə yalan təbliğat aparan “Amnesty International” təşkilatının məqsəd və hədəfləri barədə geniş açıqlama verib. Proqramın aparıcısı Adilə Mustafayevanın suallarını cavablandıran Əhməd Şahidov Azərbaycanın artan nüfuzunun bir sıra çevrələri narahat etdiyini deyib: “Paytaxt Bakı şəhəri təhlükəsizlik göstəricilərinə görə, dünyanın 340 şəhəri arasında 50-ci yerdə dayanır. World’s Safest Cities Ranking göstəricilərinə görə, Bakı şəhəri Böyük Britaniyanın Liverpool, Belfast, Nottingham, Leeds, Newcastle, Sheffield, Cardiff, Aberdeen, Edinburgh, Brighton şəhərlərindən daha təhlükəsiz sayılır. Bunu biz demirik, Böyük Britaniyanın müstəqil təşkilatı açıqlayıb. Belə olan halda Amnesty International və digər anti-Azərbaycan dairələrin təxribat cəhdləri iflasa uğrayır.”

Bu yazını Facebookda şərh et