Əhməd Şahidov əsir və girovların son durumu ilə bağlı ARB 24 Televiziyasına açqlama verib

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfində girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, komitə nümayəndələri Dağlıq Qarabağda münaqişə nəticəsində saxlanılan Azərbaycan vətəndaşlarına may ayında başçəkmə həyata keçirib: “Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib ki, azərbaycanlı girovlarla bağlı vəziyyət ümumən stabil olsa da, narahatçılıq hələ də qalmaqdadır: “BQXK nümayəndələri mandatlarına uyğun olaraq, hər ay əsir və girovlara baş çəkirlər. Onların saxlanma şəraitinin və səhhətinin normal olduğunu bildirirlər. Lakin Dilqəm Əsgərovdan hələ də məktub, foto və ya video alınmayıb. Artıq 1 il 7 aydır ki, Dilqəmin ailəsi nigarandır. “

Bu yazını Facebookda şərh et