“Yeni Müsavat” qəzetinin canlı yayımında “Avroviziya 2019” debatı – Əhməd Şahidov və Samir Əsədli

Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi “Canlı debat”da fərqli fikirlərin mübadiləsi öz əksini tapıb. Avrovision mahnı müsabiqəsində Azərbaycanın birinci yerə çıxmaması və buna kədərlənənlərlə yanaşı, sevinənlərin də olması ciddi ajiotaj doğurub. Qalib olmamağımıza sevinmək Vətəni sevməmək anlamına gəlirmi? Bu müsabiqə növbəti il ölkəmizdə keçirilsə idi, nələr qazanacaq və ya nələr itirəcəkdik?

Mövzunu hüquq müdafiəçisi Əhməd Şahidov və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ilə müzakirə etdik.

Keçirilən bu müzakirədə dinləyicilərimiz də aktiv iştirak edib.

“Yeni Müsavat” qəzeti

Bu yazını Facebookda şərh et