Əhməd Şahidov ATV kanalına açıqlamasında əsir və girovlarla bağlı son vəziyyəti şərh edib

Ötən gün Ermənistanın müdafiə naziri, Əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının rəhbəri David Tonoyan bildirib ki, əsir və girovların dəyişdirilməsi üzrə Azərbaycan tərəfi ilə danışıqlar davam edir: “Hazırda kimin kiminlə dəyişdiriləcəyi barədə dəqiqləşmələr aparırıq.”

Erməni nazirin bu açıqlamasını şərh edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov dəyişdiriləcək şəxslərin adlarının bəlli olduğunu deyib: “Burada dəqiqləşdirməyə gərək yoxdur, adlar ortadadır – Ermənistan tərəfində üç azərbaycanlı girov var. Bunlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimovdur. Azərbaycan tərəfində də üç erməni kəşfiyyatçı diversant saxlanılır – Arsen Baqdasaryan, Zaven Karapetyan və Karen Kazaryan. Rəsmi Bakının təklif etdiyi əsir və girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi əsas müzakirə predmetidir.”

Bu yazını Facebookda şərh et