“Mülki girov Dilqəm Əsgərovla bağlı susqunluq davam edir” – Əhməd Şahidov ARB 24 Kanalına danışıb

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov ARB 24 Televiziyasına müsahibəsində azərbaycanlı əsir və girovların dəyişdirilməsi prosesi barədə ən son yenilikləri açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü və hər iki ölkənin xarici işlər nazirlərinin Moskva görüşündən sonra yaranmış vəziyyəti şərh edən hüquq müdafiəçisi erməni tərəfində saxlanılan girovlarımızın səhhəti ilə bağlı narahatlıqları dilə gətirib: “Elvin İbrahimov bir-neçə gün bundan əvvəl Yerevandakı klinikaların birində mədəsindən əməliyyat olunub. Şahbaz Quliyevin də səhhətində müəyyən problemlər mövcuddur. Digər mülki girovumuz Dilqəm Əsgərovla bağlı isə hələ də susqunluq davam edir. Sonuncu dəfə 2017-ci ilin 1 Noyabr tarixində Dilqəmdən məktub alınıb. O vaxtdan bəri Dilqəm Əsgərovun vəziyyəti ilə bağlı hər hansı tutarlı məlumat əldə olunmayıb.”

Bu yazını Facebookda şərh et