“Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – ATV Aktual verilişində müzakirə

Ana Sayfa » Aktual » “Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – ATV Aktual verilişində müzakirə

Ötən gün Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Vyana görüşü və xarici işlər nazirlərinin Moskva görüşü müzakirə olunub. Tanınmış aparıcı Ariz Tarıverdiyevin bu dəfəki qonaqları Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov olub.

Vyana görüşündən sonra yaranmış situasiyanı şərh edən millət vəkili Əflatun Amaşov Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü barədə fikirlərini bölüşüb və bu səfərlərin gerçəkləşməsinin hələ tez olduğunu deyib.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov isə Vyana görüşünü əsir və girovların dəyişdirilməsi prosesində dönüş nöqtəsi adlandırıb və girovların öz ailə üzvləri ilə görüşünün mümkünlüyünü şərh edib. Hüquq müdafiəçisinin sözlərinə görə, Vyana və Moskva görüşlərində humanitar addımların atılması barədə ilkin razılaşmanın əldə olunması əsir və girovların məsələsinin birbaşa aktiv fazaya keçməsini şərtləndirir: “Odur ki, yaxın müddət ərzində bu istiqamətdə real addımların atılacağını və rəsmi Yerevanın danışıqlarda əldə edilən razılaşmaya sadiq qalacağına ümid edirik”.

Xəbərlər

“Əsir və girovlar məsələsində Rusiyanın vasitəçilik təklifi müsbət addımdır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov “Türkiyə vətəndaşları üçün vizanın qaldırılması bizləri daha da yaxınlaşdıracaq” – Əhməd Şahidov Ulusal Kanalda çıxış edib “Miatsum İttifaqı planı Ermənistanın beynəlxalq arenadakı mövqelərini zəiflədəcək” – Əhməd Şahidov “Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsinə təzyiqlərə başlayıb” – Əhməd Şahidov “O insanlara yazığım gəlir” – Əhməd Şahidov Kanal 5 Televiziyasının qonağı olub Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır” Əhməd Şahidov Qurban Bayramı münasibətilə Qax camaatına təbriklərini çatdırıb “Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb Əhməd Şahidov Zərnə kənd məscidinin təmiri ilə bağlı növbəti dəfə müraciət edib “Hər dəfə Şəhidlərimizi ona görə ziyarət edirəm ki…” – Əhməd Şahidov video müraciət edib “Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb