Əhməd Şahidov Fransa prezidentinin 24 Aprel qərarı ilə bağlı video müraciət yayıb

Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma “erməni soyqırımı” ilə bağlı anım günü elan etmək niyyətindədir.

Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma “erməni soyqırımı” ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

Fransa prezidentinin 24 Aprel qərarı ilə bağlı video müraciət yayan hüquq müdafiəçisi Əhməd Şahidov “erməni soyqırımı” barədə iddiaların heç bir tarixi faktlara söykənmədiyini deyib, bu məsələ ətrafında siyasi manipulyasiya aparıldığını bildirib və Fransa Prezidenti Emmanuel Makrona Xocalı soyqırımını xatırladaraq, tarixi hadisələrə ikili standartlardan yanaşılmanın yolverilməz olduğunu çatdırıb.

Bu yazını Facebookda şərh et