Azəbaycanlı hüquq müdafiəçisinə AŞPA-da rəsmi xəbərdarlıq edildi… Nikol Paşinyana görə…

8-12 Aprel tarixlərində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyasında iştirak edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçi Əhməd Şahidova AŞPA-da rəsmi xəbərdarlıq edilib.

Bu barədə hüquq müdafiəçisi özünün Facebook səhifəsində məlumat verib. Əhməd Şahidovun sözlərinə görə, Aprelin 11-də AŞPA binasına daxil olarkən onu 1 saat ərzində gözlədiblər və daha sonra AŞPA rəhbərliyinin yanına aparıblar. AŞPA rəhbərliyi azərbaycanlı hüquq müdafiəçisinin 2018-ci ilin Yanvar ayında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına mane olduğunu və bununla da daxili prosedur qaydalarını pozduğunu bildirib. Bu hadisədən sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlı hüquq müdafiəçisi barədə ölçü götürülməsi barədə məsələ qaldırıb: “Bugün Ermənistan baş naziri Nikol Paşinyan AŞPA-da çıxış edərkən məni plenar iclasların keçirildiyi zala buraxmadılar və barəmdə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin şikayəti olduğunu bildirdilər. Təhlükəsizlik Xidmətinin əməkdaşları məni AŞPA rəhbərliyinin yanına apardı və mənə rəsmi şəkildə xəbərdarlıq edildi.
Bir daha belə halın təkrarlanacağı təqdirdə mənim Avropa institutlarına girişimin qadağan olunacağı deyildi.
Bunu şəxsimə və ölkəmə qarşı ikili standart hesab edirəm və şiddətlə qınayıram…”

Bu yazını Facebookda şərh et