Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir

Ana Sayfa » Aktual » Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir

Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncəli proqram hazırlayıb. Baharın gəlişi və məktəblilərin yaz tətilinin başlanması ilə əlaqədar martın 21-dən etibarən teatrda bayram tamaşalarına start verilib.

Uşaqlar əvvəlcə Dədə Qorqudun nəsihətlərini dinləyir, Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edir, doyunca əylənirlər. Sonra uşaqlar Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxırlar. Teatrda bayram şənlikləri martın 25-dək davam edəcək.

Teatrın direktoru Nazim Mahmudov bildirib ki, əsas məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı və səmərəli keçməsini təmin etməkdir. Direktorun sözlərinə görə, yaradıcı kollektiv, eyni zamanda, martın 21-dən başlayaraq Qəbələ şəhərində də uşaqlar üçün tamaşalar təşkil edəcək. Qəbələli uşaqlar dörd gün ərzində teatrın repertuarında olan “Zınqırovlu pişik”, Göyçək Fatma”, “Quyruqsuz ulağın sərgüzəştləri” və “Diş əhvalatı” tamaşalarına baxmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov da Qax Dövlət Kukla Teatrı Novruz bayramı şənliyində iştirak edib və balaca tamaşaçılarla birlikdə tamaşaya baxıb. Qax Kukla Teatrının kollektivinə uğurlar arzulayan Əhməd Şahidov bütün Qaxlı uşaqları Novruz Bayramı münasibətilə ürəkdən təbrik edib.

Xəbərlər

Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub “Amnesty International təşkilatı Azərbaycana qarşı növbəti sifarişi yerinə yetirir” – Əhməd Şahidov “Amnesty International təşkilatı Azərbaycana qarşı növbəti sifarişi yerinə yetirir” – Əhməd Şahidov “Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov “Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov Əhməd Şahidov əsir və girovların son durumu ilə bağlı ARB 24 Televiziyasına açqlama verib Əhməd Şahidov əsir və girovların son durumu ilə bağlı ARB 24 Televiziyasına açqlama verib “Yeni Müsavat” qəzetinin canlı yayımında “Avroviziya 2019” debatı – Əhməd Şahidov və Samir Əsədli “Yeni Müsavat” qəzetinin canlı yayımında “Avroviziya 2019” debatı – Əhməd Şahidov və Samir Əsədli “Qeyri-neft sektorunun inkişafında ADAU-nun böyük rolu var” – rektor İbrahim Cəfərov gənclərin dostu elan edilib “Qeyri-neft sektorunun inkişafında ADAU-nun böyük rolu var” – rektor İbrahim Cəfərov gənclərin dostu elan edilib Yeni Azərbaycan Partiyasının “Yaz” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb Yeni Azərbaycan Partiyasının “Yaz” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb Şəkidə gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib Şəkidə gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib Əhməd Şahidov ATV kanalına açıqlamasında əsir və girovlarla bağlı son vəziyyəti şərh edib Əhməd Şahidov ATV kanalına açıqlamasında əsir və girovlarla bağlı son vəziyyəti şərh edib “Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər gənclərə ehtiyac var” – Əhməd Şahidov “Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər gənclərə ehtiyac var” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Əhməd Şahidov Kürmükoba bayramı münasibətilə Qax sakinlərini gürcü və Azərbaycan dillərində təbrik edib Əhməd Şahidov Kürmükoba bayramı münasibətilə Qax sakinlərini gürcü və Azərbaycan dillərində təbrik edib