İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib

Ana Sayfa » Çıxışlar » İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 20-26 Fevral tarixlərində Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” Həftəsi keçirilib. Həftə çərçivəsində İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Fevralın 25-də İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımını anma konfransı təşkil olunub. Anma tədbirində hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bu faciənin yalnız azərbaycanlılara deyil, bütün türk millətinə, insanlığa qarşı işlənən cinayət olduğunu bildirib. Qeyd edilib ki, bir şəhərdə bir gecənin içərisində 63 uşağın öldürülməsi dəhşət saçan bir faktdır. Fərid Şahbazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu soyqırım aktının dünyaya çatdırılmasında böyük rol oynadığını bildirib. Qeyd edilib ki, artıq 8 ildir İslahatçı Gənclər İctimai Birliyi tərəfindən bu kampaniya çərçivəsində bir çox tədbirlər keçirilir.

Xocalı soyqırımının 27-ci ildönümündə hələ də dünya ictimaiyyətinin bu insanlıq cinayətinə lazımi hüquqi qiymət vermədiyini deyən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın birlikdə hərəkət etdiyini söyləyib. Beynəlxalq hüququn təməl prinsiplərinə ikili standartlardan yanaşıldığını təəssüflə vurğulayan hüquq müdafiəçisi Xocalı soyqırımı canilərinin ədalət qarşısında cavab verəcəyini və bunun üçün bütün səyləri birləşdirməyin zəruriliyini qeyd edib, habelə Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın hüquqlarının qorunması məsələsinin də Azərbaycan dövlətinin gündəliyində prioritet olaraq, qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Anım tədbirində Şimali Kipr Türk Respublikasının vitse-spikeri Zorlu Töre, Makedoniya parlamentinin deputatı Enes İbrahim, Yeni Yüzyıl Universitetinin dekanı Cəlal Elbay, Rauf Raif Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin başkanı Latif Akça və digər natiqlər çıxışlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən qətliamın XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü bildiriblər. Qeyd edilib ki, ədalət tərəfində olan hər bir şəxs BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi qətnamələrinin icra edilməsini, hadisənin günahkarlarının törətdikləri cinayətlərə görə cavab verməsini tələb edir.

Anım mərasimində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyasının” üzvləri tərəfindən Xocalı soyqırımını əks etdirən müxtəlif musiqi nömrələri ifa edilib.

Xəbərlər

“O insanlara yazığım gəlir” – Əhməd Şahidov Kanal 5 Televiziyasının qonağı olub Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır” Əhməd Şahidov Qurban Bayramı münasibətilə Qax camaatına təbriklərini çatdırıb “Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb Əhməd Şahidov Zərnə kənd məscidinin təmiri ilə bağlı növbəti dəfə müraciət edib “Hər dəfə Şəhidlərimizi ona görə ziyarət edirəm ki…” – Əhməd Şahidov video müraciət edib “Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub