Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!”

Ana Sayfa » Aktual » Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!”

Tbilisidə “Qafqazda sülh: Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) ilə Azərbaycanın İslahatçı Gənclər İctimai Birliyinin birgə keçirdiyi tədbirdə azərbaycanlı və gürcü gənclər, elm və siyasət adamları, tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğurunda şəhid olan qəhrəmanların xatirəsi ehtiramla yad olunub.

GAHA-nın təsisçisi, hüquqşünas Əli Bədirov Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və gürcü xalqlarının dövlətçilik və müstəqillik uğurundakı mübarizə tarixində də oxşarlıq var.

Sonra İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək, qeyd edib ki, bu gün bəzi qüvvələr həm ikitərəfli münasibətlərimizə zərbə vurmağa, həm də hamımızın evi olan Qafqazda münaqişələr yaratmaqla sabitliyi pozmağa çalışırlar. Sağlam gənclik bunu görür, başa düşür və buna qarşı mübarizə aparır.

Gürcü politoloq Giorgi Qoqua çıxışında Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salıb. O, 1918-ci ilin mayında Azərbaycanın və Gürcüstanın Tbilisidə müstəqillik bəyannamələrini qəbul etdiklərini xatırladıb və bildirib ki, bugün həm Azərbaycan, həm də Gürcüstan regionda sabitlik, sülh və tərəqqi uğurunda birgə mübarizə aparırlar.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında hər iki xalqın ortaq tarixi, mədəniyyəti və gələcək hədəfləri barədə söz açıb, beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan nümayəndələrinin eyni mövqedən çıxış etdiyini və ölkələrin ərazi bütövlüyünün vacib şərt olduğunu diqqətə çatdırıb. Ötən ay Gürcüstanın Axalkalaki bölgəsində erməni cəlladı Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunan hüquq müdafiəçisi bunu üçüncü qüvvələrin təxribat cəhdi kimi qiymətləndirib və Gürcüstan hökumətinin bu səhvi tezliklə aradan qaldıracağına inandığını bildirib.

Daha sonra Gürcüstanda yaşayan ictimai-siyasi fəal Nərgiz Əliyeva, gürcü siyasi ekspert və şərhçi Alika Quçua, qafqazşünas Nodar Tabadze, elmi araşdırmaçı Emilya Allahverdiyeva və başqaları çıxış ediblər.

Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında fərqlənən bir qrup gürcü gəncə diplom, tərifnamə və hədiyyələr təqdim olunub.

Xəbərlər

Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax rayonunda Novruz şənliyi keçirilib Qax rayonunda Novruz şənliyi keçirilib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində  Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb