Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım

“Yeni Müsavat” qəzetinin canlı yayımında azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə ilə bağlı son vəziyyət müzakirə olunub. Aparıcı Sevinc Telmanqızının bu dəfəki qonağı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov olub.

Hüquq müdafiəçisi azərbaycanlı girovların son durumu, beynəlxalq təşkilatlarla əməkdaşlıq və Ermənistan hakimiyyətinə təzyiqlər barədə danışıb, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı işlər haqqında məlumat verib, habelə Azərbaycan ictimaiyyətinin, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin üzərinə düşən vəzifələri səsləndirib.

Bu yazını Facebookda şərh et