Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin”

Bugün gənclər üçün özəl bir gündür. 2 Fevral – Azərbaycanda Gənclər Günüdür. Bu əlamətdar tarixi gün hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilib.
Gəncliyə və gənclərə olan həmin etimad bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə özünün yeni mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyev də bu gənclər siyasətinə sadiqliyini öz qərarları ilə hər zaman təsdiq edir.

2 Fevral Gənclər Günü münasibətilə video müraciət ünvanlayan Əhməd Şahidov Azərbaycanda dövlət gənclər siyasəti barədə danışıb və gənclərə öz təbriklərini çatdırıb. Qax rayonunun gənclərinə müraciət edən Əhməd Şahidov qaxlı gənclərin qayğılarından söz açıb və onlara öz tövsiyyələrini çatdırıb: “Əsla çətinlikdən qorxmayın. Əngəlləri aşmaqdan qorxmayın. Üzünüzə bağlanan qapıları döyün, geri çəkilməyin, o qapılar sizin üzünüzə açılana qədər vaz keçməyin. Arzularınızdan vaz keçməyin. Sizi həyata bağlayan hədəflərinizdən vaz keçməyin. Nə olursa, olsun, qarşınıza qoyduğunuz planları yarımçıq buraxmayın. İnanın ki, bir gün gələcək, o qapılar sizin üzünüzə taybatay açılacaq. Siz özünüz açacaqsınız o qapıları. Arzularınıza çatacaqsınız. Hədəflərinizə yetişəcəksiniz.”

Bu yazını Facebookda şərh et