Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov

Ana Sayfa » Müsahibələr » Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov

Ötən gün Avropa Parlamentində azərbaycanlı bloger Mehman Hüseynovla bağlı aparılan müzakirələr zamanı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib.

Avropa Parlamentinin zaman-zaman ölkəmizə qarşı ikili standartlardan çıxış etməsi ilk hadisə deyil. Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı məsələyə hər zaman laqeyd və səssiz mövqe nümayiş etdirən avroparlamentarilər siyasi mövzularda xüsusi fəallıq nümayiş etdirirlər.

Mövzu ilə bağlı REAL Televiziyasına açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Parlamentinin qərəzli mövqeyi barədə öz təcrübəsini bölüşüb: “Biz bir-neçə dəfə Avropa Parlamentində tədbir və görüşlərdə iştirak etmişik, insan haqları ilə bağlı müzakirələrdə çıxışlarımız olub. Hər zaman azərbaycanlı əsir və girovlarla bağlı məsələni müzakirəyə çıxararkən avroparlamentarilərin laqeyd və həvəssiz yanaşmasının şahidi olmuşuq. Hətta bir-neçə il bundan öncə Brüsseldə Avropa Parlamentinin qarşısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyamız olmuşdu. Avropa Parlamentinin qarşısında girovlarımızın fotolarını tutaraq, səssizcə aksiya edirdik. Cəmi 5 dəqiqədən sonra Avropa Parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşları gəlib aksiyanı dayandırmağı tələb etdilər. Halbuki, hər gün həmin yerdə müxtəlif aksiyalar keçirilir, siyasi şüarlar səsləndirilir. Fundamental insan haqları ilə bağlı keçirdiyimiz aksiyamıza isə icazə vermədilər. Həmin Avropa Parlamentidir ki, azərbaycanlı girovlarla bağlı aksiyamıza icazə verməmişdi.”

Xəbərlər

“Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı girovlar barədə danışıb Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı girovlar barədə danışıb “Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbərliyi ilə görüşüb Əhməd Şahidov Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbərliyi ilə görüşüb Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub