“Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov

Ana Sayfa » Aktual » “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov

Ötən gün Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçə müraciət ünvanlayıb. Azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə barədə məlumat verən hüquq müdafiəçisi 2014-cü ilin İyul ayından etibarən həmin şəxslərin hüquqlarını müdafiə etdiyini, lakin beynəlxalq təşkilatların bu məsələyə səssiz qaldığını təəssüflə qeyd edib. Azərbaycan və Ermənistanın Avropa Şurasının üzvləri olduğunu diqqətə çatdıran Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı olaraq, Dunya Miyatoviçin bu məsələyə münasibət bildirməsini tələb edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin azərbaycanlı girovlara mütəmadi baş çəkməsi ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin yaydığı açıqlamanı şərh edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB Televiziyasına açıqlamasında Dilqəm Əsgərovun faktiki səhhəti barədə dəqiq məlumatın olmadığını deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin azərbaycanlı girov Dilqəm Əsgərovla bağlı son açıqlamaları bizi qane edə bilməz. Çünki, 2017-ci ilin Noyabr ayının 1-dən bugünə qədər Dilqəm Əsgərovdan hər hansı məktub daxil olmayıb. Ailə üzvləri haqlı olaraq narahatdırlar. Azərbaycanlı girovlarla hər ay görüşdüklərini deyən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi bildirir ki, guya Dilqəm Əsgərov özü məktub yazmaq istəmir. Bu, inandırıcı deyil. Ola bilsin ki, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var və bu səbəbdən artıq 13 aydır ki, ailəsinə məktub göndərmir. Ailə üzvlərinin bununla bağlı narahatlığı başa düşüləndir. Bu baxımdan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət ünvanlamışıq ki, bu məsələni AŞPA-nın Qış Sessiyasında gündəmə gətirsin və Ermənistan tərəfinə çağırış etsin. Biz Dilqəm Əsgərovun səhhəti ilə bağlı tutarlı maddi sübutları görmək istəyirik.”

Xəbərlər

“Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı